Keçmiş məhkum 1 ton arpa oğurladı

22 Noyabr 2019 18:49

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə "QAZ-31" markalı avtomobil və 1 ton arpa oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "QAZ-31" markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılıb, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb.

Milli.Az