Polis müdaxilə etdi, etirazçılar 8 cəsədi qoyub qaçdılar - VİDEO

22 Noyabr 2019 20:29

Boliviya polisi öldürülən etirazçıların cənazəsini almaq üçün mitinqə müdaxilə edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, polis tabutları daşıyan aksiyanı dağıtmaq məqsədilə gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Etirazçılar polisin tətbiq etdiyi gücün qarşısında müqavimət göstərə bilməyib. Tabutları qoyaraq qaçmağa başlayıblar.

Qeyd edək ki, iki gün əvvəl polis aksiyanı dağıdan zaman 8 mülki şəxs güllə yarasından ölüb. Faktı ölkə ombudsmanı təsdiqləyib.

Milli.Az