Qabanlar narkotacirləri tutmağa kömək edib

23 Noyabr 2019 02:30

Kokain ehtiyatlarını meşə saxlanclarında gizlədən italiyalı narkotacirlərin planları vəhşi qabanlar tərəfindən pozulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qabanlar saxlancları aşkarlayaraq 17 min funt sterlinq dəyərində narkotik vasitələri meşəyə dağıdıb. Bu fakt polislərin işini xeyli yüngülləşdirib.

İtaliyanın hüquq-mühafizə orqanları vəhşi heyvanların gözlənilməz hərəkətindən şikayət edən narkotik alverçilərinin danışıqlarını dinləyərək insidentdən xəbər tutublar.

Nəticədə polis narkotik vasitələrin alveri ilə məşğul olan dörd nəfəri saxlayıb.

Milli.Az