Türkiyə bunlardan qurtulmalıdır, əks təqdirdə... - ABŞ

22 Noyabr 2019 19:59

Türkiyə S-400 sistemlərindən qurtulmalıdır, əks təqdirdə ABŞ-ın sanksiyaları ilə üzləşəcək.

Milli.Az Axar.az-a istinadən bildirir ki,bu sözləri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi deyib.

"Onlar (Türkiyə) seçimləri olduğunu bilir. Bu seçim S-400-dən qurtulmaqdır. Sanksiya tətbiq edilməsi mümkündür. Sanksiyaların konkret tarixi yoxdur", - deyə rəsmi şəxs bildirib.

Milli.Az