Bakıda yaşlı qadını zorladılar

22 Noyabr 2019 13:24

Bakıda yaşlı qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Çingiz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib.

Məhkəmə hazırlıq iclası noyabr ayının 26-na təyin olunub.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsində M.Mehdiyevaya qarşı zorakılıq hərəkətlərinə yol verməkdə şübhəli bilinən  Məmmədov Çingiz Binnət oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci, yəni, zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə maddəsi ilə cinayət işi açılıb.

Milli.Az