Dünyanın ƏN BAHALI ƏSƏRİ - Kral 250.000 milyon dollar ödədi - FOTO

23 Noyabr 2019 01:30

Dünyanın ən bahalı rəsm əsərinin adı açıqlanıb.

Milli.Az xəbər verir ki, ən qiymətli sənət əsərlərinin reytinqi tez-tez yenilənsədə, indiyə qədər Pol Sezannın "Kart Oyunçuları" dünyanın ən bahalı rəsmi qalır.

2012-ci ildə fransız impressionistinin bu əsərini 250 milyon dollara Qatar kralı əldə edib.

Qeyd edək ki, şəklin ideyası orijinal deyil. Bir vaxtlar Sezann Mikelancelo Karavaconun "Shuler" əsərinə o qədər heyran qalıb ki, belə bir əsər yaratmaq qərarına gəlib.

Əsərdə rəssama kəndlilər poz verib. Onlar dünyanın ən bahalı əsərinin yaranmasında bilavasitə iştirak ediblər. (ölkə.az)

Milli.Az