ABŞ HHQ-nin iki pilotu qəza nəticəsində ölüb

22 Noyabr 2019 07:25

ABŞ Hərbi Hava Qüvvələrinin iki pilotu Oklahoma ştatında baş verən qəzada həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hərbi hissə komandanlığı bildirib.

Məlumata əsasən, hadisə oktyabrın 21-də yerli vaxtla saat 9:10-da Vens bazası yaxınlığında baş verib. Həmin vaxtda təlimin uçuşları keçirilirdi.

Hadisənin səbəbləri, o cümlədən təyyarənin modeli dəqiqləşdirilməyib.

Milli.Az