"Real" "Ayaks"ın qapıçısını istəyir

21 Noyabr 2019 22:27

"Real" yeni qapıçı axtarışındadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  Madrid klubu "Ayaks"ın qapıçısı Andre Onana ilə maraqlanır. Yaxın günlərdə Hollandiya klubuna rəsmi təklif göndəriləcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm "Ayaks"da 22 oyuna çıxan 23 yaşlı qolkiper 12 matçda qapısını toxunulmaz saxlayıb. Transfermarktda onun qiyməri 35 milyon avro göstərilib.

Milli.Az