Pişiyə görə oyun yarımçıq dayandırıldı - VİDEO

20 Noyabr 2019 20:09

Dünən KONKAKAF Millətlər Liqasının A qrupunun Meksika - Bermud qarşılaşmasında maraqlı hadisə baş verib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, görüşün 53-cü dəqiqəsində meydana çıxan pişik oyunun dayandırılmasına səbəb olub.

Təxminən 1 dəqiqə stadionun içində dövrə vuran pişik meydanı tərk etdikdən sonra matç davam etdirilib. Heyvanın ayağı meksikalılar üçün düşərli olub. 90+3-cü dəqiqədə fərqlənən meydan sahibləri 2:1 hesablı qələbəni təmin ediblər.

Milli.Az