Bakıda lotoreya oğrusu, bəxtini bir daha sınaya bilmədi

15 Aprel 2010 14:23
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Zakir Bağırov Azərbaycan prospektində Mahir Məmmədova məxsus içərisində 650 manat, 181 ədəd müxtəlif danışıq kartı, 580 ədəd lotereya olan əl çantasını götürüb qaçıb.

Səbail rayon Polis İdarəsinin əməkdaşları Z.Bağırovu yaxalamağa müvəffəq olublar.

Z.Bağırov əvvəllər də cinayət əməlinə görə məhkum olunub.

Milli.Az