Nikola Yurçeviç istefaya göndərilir?

20 Noyabr 2019 11:58

AÇ-2020-nin seçmə mərhələsində keçirdiyi 8 oyuna 1 xal qazanan Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilə bilər.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, AFFA rəhbərliyi seçmə mərhələdə qələbə qazanmayan xorvatiyalı mütəxəssislə yolları ayırmağı planlaşdırır.

Yurçeviç çətin qrupda mübarizə apardıqlarını, ancaq gələcək vəd edən kollektiv yaratdığını bildirib. Buna baxmayaraq, onun müqaviləsinin uzadılmaması qərarı verilib.

Millinin qrupda 1 xal toplaması azarkeşlərin və futbol ictimaiyyətinin ayağa qalxmasına səbəb olub. Federasiya bu səbəbdən Yurçeviçi "qurban" verməyə qərar verib.

53 yaşlı mütəxəssis ilin əvvəlində Azərbaycan millisinin baş məşqçi postuna keçmişdi.

Milli.Az