Tramp: "Bu qüvvələrin bir hissəsi artıq..."

20 Noyabr 2019 08:26

ABŞ yaxın bir neçə həftədə Səudiyyə Ərəbistanına əlavə qüvvələr göndərəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir: "Səudiyyə Ərəbistanında əlavə qüvvələr yerləşdirmək barədə qərar verilib. Bu qüvvələrin bir hissəsi artıq Səudiyyə Ərəbistanındadır, digər hissəsi isə yaxın həftələrdə bu ölkəyə göndəriləcək. Bununla da, ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayı təxminən 3 min nəfər təşkil edəcək".

Milli.Az