Tbilisidə etirazçılar parlament binasını mühasirəyə aldılar

19 Noyabr 2019 23:39

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam etdirilir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aksiyanı "Utanc" hərəkatı təşkil edib.

Müxalifət partiyalarının liderləri və tərəfdarlarının da qatıldığı aksiyada az kütləvilik müşahidə olunur.

Parlamentin binası önündəki Rustaveli prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunmur.

Təşkilatçılar bildiriblər ki, noyabrın 24-də kütləvi mitinq keçiriləcək və parlamentin binası yenidən bloklanacaq.

Milli.Az