Gürcüstanda meşə yanğınının miqyası böyüyüb

19 Noyabr 2019 23:26

Gürcüstanda hazırda yeddi yanğın ocağı qeydə alınıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Föqəladə Halların İdarə olunması Xidmətinin yaydığı məlumatda bildirilib.

Yanğın ocaqları Svaneti, Sameqrelo, Raça və Acarıstan bölgələrində yaranıb.

Bu il Gürcüstanda payız quraq keçdiyindən təkcə noyabr ayında ölkə ərazisində 44 meşə yanğını baş verib.

Milli.Az