“Tofiq Yaqublu Milli Şuranın sədri olsa...” - Arif Hacılı

19 Noyabr 2019 23:16

Müsavat başqanı Arif Hacılı Cəmil Həsənlinin Tofiq Yaqublunu Milli Şuraya sədr təklifinə münasibət bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə şəxsi feysbuk hesabında yazıb.

"Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək", - deyə partiya sədri bildirib.

Qeyd edək ki, Cəmil Həsənli feysbuk hesabında Tofiq Yaqublunun Milli Şuranın sədri vəzifəsinə layiq bilib. O qeyd edib ki, şura üzvləri Tofiq Yaqublunun sərliyi altında fəaliyyət göstərməyə hazırdır.

Milli.Az