“İranda aksiya liderləri edam olunacaqlar”

19 Noyabr 2019 22:06

İranin dini lideri Ayətullah Əli Xameneyiyə yaxın "Keyhan" qəzeti gözlənilməz iddia ilə çıxış edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəzetdəki məlumatlara əsasən, benzinin qiymətinin artımına qarşı başlanmış aksiyalara liderlik edənləri edam cəzası gözləyir:

"Ölkədəki xaosun liderlərini edam gözləyir. Xaosçuların etdiyi əməl "üsyan"dır və cəzası hüquqi, o cümlədən şəriət qanunlarına əsasən edamdır".

Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq gedişində aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər.

Milli.Az