Bağdadın Əhrar körpüsü dəyişiklik tələb edən etirazçılara "ev" olub

19 Noyabr 2019 22:03

İraqda hökumət əleyhinə günlərdir davam edən etirazlardan sonra gərginlik artmaqdadır.

Etirazçılar strateji yola nəzarəti təhlükəsizlik qüvvələrindən aldıqdan iki gün sonra noyabrın 19-da Bağdadın Əhrar körpüsündə oyanaraq gündəlik etirazlarına davam ediblər.

Əhrar körpüsü paytaxtda hökumət binaları və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya aparan körpülərdən biridir. Təhrir Meydanı ilə birlikdə bu körpülər onilliklər ərzində hökumət əleyhinə nümayişlərin keçirildiyi əsas yerlər olub.

Etirazların ardıcıl olaraq davam etdiyi yeddinci həftəsində bəzi nümayişçilər şəhərin strateji hissələrini nəzarət altında saxlamaq üçün beton barrikadaların yanında qurulmuş müvəqqəti düşərgələrdə məskunlaşıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, onlar "qanunsuz" adlandırdıqları hökumət tərəfindən bütün tələblər yerinə yetirilməyənə qədər küçələrdə qalacaqlarına söz veriblər.

Hökumət on illərlə davam edən müharibə və sanksiyalardan sonra hətta sülh dövründə belə həyatlarında irəliləyiş görməyən əsasən işsiz gənclər tərəfindən iğtişaşların ünvanlanması üçün cavab tapa bilməyib.

Oktyabrın 1-dən başlayan etirazlarda azı 300 etirazçı öldürülüb. Ölüm hallarının çoxu təhlükəsizlik qüvvələrinin siyasi korrupsiya, işsizlik və aşağı səviyyədə sosial xidmətlərə etiraz edənlərə qarşı atəş açması nəticəsində baş verib.

İğtişaşlar iki il əvvəl hökumətin İslam Dövləti (İŞİD) qrupu üzərində qələbə elan etməsindən bəri İraqın siyasi sistemi üçün ən böyük və ən mürəkkəb bir sınaqdır.

Milli.Az