Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb

19 Noyabr 2019 21:18

Rusiyadan Azərbaycana taxıl və taxıl məhsullarının idxalı bu ilin ikinci yarısında 857 min ton təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Azərbaycana ixrac olunan taxılın payı Rusiyanın ümumi taxıl ixracının təxminən dörd faizini təşkil edir.

Azərbaycan Rusiyadan taxıl ixrac edən ölkələr arasında ilk beşlikdə yer alıb.

Milli.Az