Azərbaycan - Ukrayna oyununda heç-heçə

19 Noyabr 2019 21:12

Azərbaycan və Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  "Dalğa Arena"da baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, hesabı 48-ci dəqiqədə Ozan Can Kökçü açıb. Rəqibin bərabərlik qolunu isə 65-ci dəqiqədə Nazari Rusin vurub.

Milli.Az