Kanal D-ni alan azərbaycanlı iş adamı kimdir?
16 Noyabr 2011 13:46
"Doğan Holding" şirkətinin rəhbəri Aydın Doğan sahib olduğu Kanal D-ni satır. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aydın Doğan azərbaycanlı iş adamı, Türkiyə vətəndaşı Mübariz Mənsimov ilə danışıqlar aparır. Verilən məlumata görə, artıq tanınmış iş adamı M.Mənsimov ilə A.Doğan arasında razılaşma da olub. Əgər son anda bir problem çıxmazsa, ən azı 2 ay ərzində Kanal D-nin yeni rəhbəri Mübariz Mənsimov olacaq.
Qeyd edək ki, "Doğan Holding" şirkətinin rəhbərilə "Palmali" şirkətlər qrupunun rəhbəri arasında artıq 70% razılaşma olub.
Milli.Az