Millimiz Slovakiyaya qarşı - YENİLƏNİR

19 Noyabr 2019 21:06

Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimiz də son oyununa çıxacaq. Nikola Yurçeviçin komandası səfərdə Slovakiyanın qonağı olacaq.

Qrupda keçirdiyi 7 oyuna cəmi 1 xal qazanan autsayder yığmamız səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Ancaq bu, çox çətin görünür. Çünki Slovakiya yığması final mərhələsinə vəsiqəni təmin etmək üçün mütləq qələbə qazanmalıdır. Bakıda millimizə 5:1 hesabı ilə qalib gələn slovaklar bu matçın da aşkar favoritidir.

Qrupun digər oyununda Uels Macarsıtanı qəbul edəcək. Hər iki komandanın final mərhələsinə vəsiqə şansı qalır.
 

19 noyabr

Avro-2020-nin seçmə mərhələsi

E qrupu


23:45. Slovakiya - Azərbaycan
Baş hakim:
 Sergey Boyko (Ukrayna)
Trnava. Anton Malatinski adına stadion.

23:45.Uels - Macarıstan

 

1.

Xorvatiya

8

5

2

1

17:7

17

2.

Macarıstan

7

4

0

3

8:9

12

3.

Uels

7

3

2

2

8:6

11

4.

Slovakiya

7

3

1

3

11:11

10

5.

Azərbaycan

7

0

1

6

5:16

1

Milli.Az