Səfir: "ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək göstərməyə sadiqdir"

19 Noyabr 2019 20:32

ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək göstərməyə sadiqdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer "Facebook"da canlı yayımda bildirib.

Səfir deyib: "Sizi əmin edə bilərəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsindən ciddi narahatdır. Bu, demək olar ki, ölkədə hər görüşümdə müzakirə olunan bir problemdir. Minsk qrupunun həmsədrlərindən biri olaraq biz münaqişənin danışıqlar əsasında dinc yolla həllinə nail olmaq öhdəliyinə sadiqik. Səylərimiz Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır".

Milli.Az