Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü

19 Noyabr 2019 19:28

Saatlı şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, noyabrın 18-də saat 23 radələrində Saatlı şəhərinin ərazisində şəhər sakini B.Zalıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Hicran Məmmədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az