Boliviyada yenidən aksiyalar başladı - Müvəqqəti prezidentə qarşı

19 Noyabr 2019 20:30

Boliviyada yenidən etiraz aksiyaları başlayıb.

Milli.Az bildirir ki, "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, meydanlara çıxan fermerlər müvəqqəti prezident Janin Anyesin istefasını tələb edirlər.

Etirazçılar San-Xose şəhəri ilə Braziliya sərhədini də bağlayıblar. Mitinqdə 2 minədək insan iştirak edir.

Onlar istefaya göndərilmiş prezident Evo Moralesin qayıtmasını istəyirlər.

Milli.Az