Həkimlər oğlanın gözünü yapışdırdılar

16 Noyabr 2011 14:13
Milli.Az xəbər portalı The Guardian-a istinadən bildirir ki, Sem Kolduell Belfast yaxınlığındakı Ulster Hospitala sağ gözünün üstündə kiçik yara ilə gətirilmişdi.

Qısa müayinədən sonra həkimlər yaranın kənarlarına tibb yapışqanı çəkmək qərarına gəliblər.

"20 dəqiqədən sonra həkim Semə dedi ki, gözlərini açsın. Amma Sem bunu edə bilmədi. Oğlumun sağ gözü açılmırdı. Həkim yaraya çox yapışqan tökdüyündən, o, aşağı axaraq oğlumun sağ gözünün qapaqlarını yapışdırmışdı. İndi Sem sol gözünü də açmağa qorxur", - oğlanın anası deyib.

Həkimlərin dediklərinə görə, narahatlığa səbəb yoxdur. 4 gündən sonra yapışqan yuyulub gedəcək.

Milli.Az