Zəncirvari qəza törədən avtobus sürücüləri hadisə yerindən qaçdılar: ölənlər var

19 Noyabr 2019 20:50

Meksikada zəncirvari qəzada üç avtobus toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.

"Milliyet"in verdiyi xəbərə görə, avtobus sürücülərinin üçü də hadisə yerindən qaçıb.

Polis qaçan sürücüləri axtarır.

Milli.Az