Mərkəzi Bankda hərrac - Manat sabitdir

19 Noyabr 2019 17:14

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Bankdan Milli.Az-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda noyabrın 7-də keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.

Milli.Az