Zöhrə Abdullayevadan oğlu ilə bağlı kövrək paylaşım - FOTO

19 Noyabr 2019 16:23

Əməkdar artist Zöhrə Abdullayeva oğlu ilə bağlı kədərli paylaşım edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, oğlunun fotosunu sosial şəbəkədə yayımlayaraq onun ad gününü qeyd edib.

"Səndən sonra yaşamıram. Arzum yanına gəlməkdir. Ümidim, pənahım, hər iki dünyam, məkanın cənnət olsun. Bu gün dünyaya gəlmişdin", - əməkdar artist əlavə edib.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu ötən il beyin xərçəngindən vəfat edib.

Milli.Az