Messi ilə Kavani arasında gərginlik - VİDEO

19 Noyabr 2019 12:13

Argentina millisinin kapitanı Lionel Messi Uruqvayla yoxlama matçında (2:2) rəqib futbolçu Edinson Kavani ilə mübahisə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, epizodlardan birində oyunçular arasında sərt dialoq olub. Kavani matçın gedişatı zamanı Messiyə dalaşmağı təklif edib. Messi isə cavabında "istədiyin zaman" deyib. Komanda üzvlərinin müdaxiləsindən sonra davanın qarşısı alınıb və oyun davam etdirilib.

Milli.Az