Bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

18 Noyabr 2019 23:51

Noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsindən bildirilib.

Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.

Milli.Az