Rusiyanın "VAZ" avtomobillərini fransızlar buraxacaqlar

16 Noyabr 2011 15:38
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hazırda şirkətin səhmlərinin 25%-nə sahib olan "Renault" strateji qərarlar qəbul edə bilmədiyi üçün quruma nəzarəti tam ələ keçirmək niyyətindədir. Bunun üçün 50%+1 səhmə malik olmaq lazımdır.

Plana əsasən, bunu "Renault-Nissan" alyansı birilkdə edəcək. "AvtoVAZ"ın səhmlərinin 35%-ni "Renault", 15%-ni isə "Nissan" əldə edəcək. Güman ki, bundan sonra Rusiya şirkətində qlobal yeniliklər ediləcək, zavoda isə "Renault" nümayəndəsi başçılıq edəcək.

Milli.Az