Məşhur xəbər agentliyinin redaktoru itdi

18 Noyabr 2019 18:39

Məşhur xəbər agentliyi "İnterfaks"ın redaktoru Marqarita İqnatova Moskvada itib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, jurnalistlə dünəndən əlaqə kəsilib. Mobil telefonuna zəng çatmayan Marqarita sonuncu dəfə noyabrın 17-də səhər saatlarında kilsədə olub. Kilsədən çıxdıqdan sonra isə ondan xəbər alınmayıb.

Marqarita agentliyə də getməyib.

Milli.Az