20 gün müntəzəm balqabaq yedi - Eksperimentin nəticəsi şoka saldı

18 Noyabr 2019 23:54

Orqanizmə hədsiz faydaları olduğunu öyrənən rusiyalı jurnalist bu narıncı Günəş rəngli tərəvəzi öz üzərində sınamaq qərarına gəlir. O, 20 gün ərzində hər gün balqabağı müxtəlif cür yeyir: çiy, bişmiş və s.

Daha çox axşamlar sobada hazırlayaraq qəbul edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, jurnalist 20 gün sonra baş verən dəyişiklikləri qeyd edib.

1-Çəkidə azalma. Bu günlər ərzində 3,5 kq asanlıqla itirilib. Çünki balqabaqda çox miqdarda lif var və o uzun müddət toxluq yaradır. 

2. Dərinin vəziyyəti və rəngi yaxşılaşıb
Orqanizmi, bağırsaqları zibildən, şlak və toksinlərdən təmizlədiyinə görə, dəri yaxşılaşır

3. Həzm və tualetə getmə normallaşıb. Köp, qəbizlikdən, ağırlıqdan əsər-əlamət qalmayıb

4. Görmə yaxşılaşıb - balqabaq A vitaminlə zəngin olduğu üçün, görmədə itiləşmə, aydınlanma realdır.

5. Əsəblərim sakitləşib. Balqabaqda əsəbləri sakitləşdirən maddələr var, həm də insanda həzm yaxşı getdiyi üçün istər-istəməz rahatlıq tapır.

Qadın 2 ay fasilə verdikdən sonra səhərlər balqabaq sıyığını yeməyi sınayacaq.

Milli.Az