Abşeronda evdən 53 min manatlıq oğurluq

18 Noyabr 2019 18:59

Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - B.Aslanov və Q.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az