Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: “Aşiq olmamışam” - VİDEO - FOTO

18 Noyabr 2019 15:51

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşı ilə ilk tanışlığı haqqında danışıb:

"Ortaq dostumuz, həm də qonşumuz olan Emillə birgə idmana gedirdilər. Mən salonda idim. Onlar salonun qarşısından keçəndə Emil mənimlə salamlaşdı. Orada da həyat yoldaşımla rastlaşdıq. Deyim ki, bir könüldən min könülə aşiq oldum. Xeyr. Sadəcə həyat belə gətirdi. Gözəl xasiyyəti, mədəniyyəti, danışığı var".

Milli.Az