“Həci”nin içində Şəbnəmi itirmək qorxusu var”

18 Noyabr 2019 12:17

Biz niyə beləyik? Geyimi niyə önplana çıxarırlar? Mən kök deyiləm, 38 bədən geyinirəm. Efir insanı 10 kiloqram kök göstərir. Bu yaxınlarda İlyas Yalçıntaşla duet oxuyacam. Vanda səhnəyə çıxacağıq. Geyim məsələsində mənə kömək edin.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu Türkiyədə efirə çıxdığı libasının tənqid olunması barədə "X maqazin" verilişində deyib.

O, "Həci" səni heç aldadıb" sualına isə belə cavab verib:

"O. məni heç vaxt aldada bilməz, "Həci" mənə bir video göndərib. Onun içində qorxu var ki, aman Tanrım, Şəbnəmi itirə bilərəm. Qadınlar hamısı sevilmək istəyir. Kişilər xanımlarını sevsə, onlar başqasına həsəd aparmaz".

Milli.Az