Əməkdar artist qızının toyunda rəqsi ilə diqqət mərkəzində - VİDEO

18 Noyabr 2019 10:43

Əməkdar artist Kəmalə Müzəffər qızını gəlin köçürüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Banuçiçəyin oğlan toyu Ağdamda baş tutub. Aktrisa məclisdən video paylaşaraq, bu haqda məlumat yazıb.

Rəqsi ilə qonaqları heyrətləndirən Müzəffər "Oğlan toyumuz Ağdamda oldu. O gün olsun, o torpaqlarda qələbə rəqsi edək" sözlərini yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl banuçiçəyin Bakıda da toyu olmuşdu.

Milli.Az