Əqli qüsurlu sevgilisini öldürdü - Cəsədini səhrada gizlətdi

18 Noyabr 2019 09:24

ABŞ-ın Pensilvaniya ştatının evli sakini məşuqəsini qətlə yetirməkdə şübhəli bilinir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bununla bağlı "Daily Mirror" məlumat yayıb.

İlkin məlumatlara görə, 39 yaşlı Con Çepmen 33 yaşlı sevgilisi Ceym Rey Fedendən Nevada ştatının Las Veqas şəhərinə getməyi xahiş edib. 

Orada o, qızın əl və ayaqlarını bağlayıb və məşuqəsini boğaraq, meyiti səhrada gizlədib. Qeyd edilib ki, qadının əqli çatışmazlığı olub.

İki ay Feden sevgilisini itkin düşmüş hesab edib, ancaq oktyabrın 5-də qadının cəsədi tapılıb.

Qadının qohumlarının sözlərinə görə, Ceym itkin düşdükdən sonra kimsə onun sosial şəbəkə hesablarını idarə edib. Qadının ailəsi ondan bir neçə məktub alıb.

Aparılan araşdırmalar zamanı bunun Çepmen olduğu müəyyənləşib.

Milli.Az