Avstraliyada toyuq yumurtası boyüklüyündə dolu yağıb

18 Noyabr 2019 09:05

Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası boyüklüyündə dolu yağıb və maşınların, evlərin və müəssisələrin şüşələrini sındırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qrimpi şəhərindən Brisbenin cənubuna qədər yaşayış məntəqələri üçün "nəhəng dolu və dağıdıcı küləklər" barədə xəbərdarlıq edilmişdir. Oxşar hava şəraiti ilə Kvinslendin cənubundakı Sanşayn-Kost bölgəsinin sakinləri qarşılaşıblar. Eyni zamanda, ştatın digər bölgələrində saniyədə 16 metrə qədər güclü külək qeyd edilib.

Verilən məlumata görə 20000-dən çox əhali elektriksiz qalıb.

Milli.Az