Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsız keçib

18 Noyabr 2019 09:10

"Sarı gödəkçələr" etiraz hərəkatının tərəfdarları noyabrın 18-i Fransanın şəhərlərində yenidən küçələrə çıxıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyabrın 17-si Fransa paytaxtında baş verən iğtişaşlara nisbətən bazar günü aksiyaları daha sakit şəraitdə keçıb.

Paytaxt polisinin prefekturası öz "Twitter" səhifəsində verdiyi xəbərə görə, bazar günü nümayiş yerlərində 31 nəfər saxlanılıb, 1,6 mindən çox nəfərin şəxsi əşyalarında axtarış aparılıb. Bu, şənbə günü ölkə ərazisində 264 nəfərin, onlardan 173 nəfərinin Parisdə saxlanıldığından xeyli azdır.

Yerli vaxtla 20:00-da polis, noyabrın 17-si səkkiz azyaşlı uşaq da daxil olmaqla 169 saxlanılanın nəzarət altında qaldığını bildirib.

Milli.Az