Yaponiya dənizində gəmi alışıb

17 Noyabr 2019 23:09

Yanğın Yaponiya dənizindəki "Silver Way" gəmisinin göyərtəsində baş verib, göyərtəsində 13 rus dənizçisi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, itki yoxdur. Gəmi 2,5 min ton ağac daşıyıb və Naxodka-Pusan marşrutu boyunca Siyerra Leone bayrağı altında üzüb.

Yanğın bazar günü yerli vaxtla 13:40-da Cənubi Koreyanın Pxoxan limanı yaxınlığında baş verib. Yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürmə dəstəsi göndərib.

Milli.Az