Portuqaliya millisi Avro-2020-də

17 Noyabr 2019 21:36

Portuqaliya millisi gələn il keçiriləcək Avropa çempionatına vəsiqəni təmin edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün seçmə mərhələnin 10-cu turunda səfərdə Lüksemburqu 2:0 hesabı ilə məğlub edən komanda xalını 17-ə çatdıraraq qrup ikincisi kimi  qitə çempionatında iştirak hüququnu qazanıb. Qolları Bruno Fernandeş (39) və Kriştiano Ronaldo (86) vurub.

Ukrayna millisi isə 20 xalla qrup birincisi olub.

Milli.Az