Bakıda 2 avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb

17 Noyabr 2019 21:07

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

"Opel" markalı maşınla digər minik avtomobili toqquşub. Nəticədə "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Xəyal Rizvan oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az