Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub

17 Noyabr 2019 21:06

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

Milli.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi beşmərtəbəli binanın birinci mərtəbəsində sahəsi 2 m² olan sanitar qovşağın lambirindən ibarət tavanı 1 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az