350 abonentin qaz təminatında fasilə yarandı - SƏBƏB - FOTO

17 Noyabr 2019 18:36

Qazaxda  350 abonentin qaz təminatı dayanıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Qazax şəhərinin N.Nərimanov küçəsində, Hüseynbəyli kəndinin 76 mm diametrində daşıyıcı orta təzyiqli qaz xətti avtomobil qəzası zamanı qırılıb.

Nəticədə 350 abonentin qaz təminatında fasilə yaranıb.

Milli.Az