Belarus MSK: Seçici aktivliyi 60 faizi keçib - YENİLƏNİB

17 Noyabr 2019 18:46

18:46

Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 16:00 üçün seçici aktivliyi 63,65 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

---------

14:57

Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 09:00 üçün seçici aktivliyi 37,14 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, ən böyük seçici aktivliyi Mogilevsk vilayətində qeydə alınıb - 41,36 faiz. Bundan əlavə, Qomel vilayətində - 40,38 faiz, Vitebsk vilayətində - 38,63 faiz, Qrodnensk vilayətində - 37,43 faiz, Brest vilayətində - 35,14 faiz, Minskdə - 29,53 faiz təşkil edib.

MSK sədri xatırladıb ki, növbədənkənar səsvermədə seçici aktivliyi 35,77 faiz təşkil etmişdi.

Milli.Az