Ermənistan dəm qazı ilə mübarizə apara bilmir: Yenə 5 ölü

17 Noyabr 2019 11:09

Ermənistanda yaşlı bir qadının və dörd uşağın dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İstintaq komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

N.Arutyunyanın sözlərinə görə, hadisə Yerevandan 25 kilometr məsafədə Nor-Açin şəhərində baş verib:

"Mənzillərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti tapılıb".

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

N.Arutyunyan qeyd edib ki, ilkin məlumata görə, beş nəfərin ölümü dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Milli.Az