Hindistanda MiG-29K qırıcısı qəzaya uğrayıb

16 Noyabr 2019 22:30

Hindistanda MiG-29K təyyarəsi uçuşdan qısa müddət sonra qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin HHQ-nin nümayəndəsi bildirib.

Məlumata əsasən, qəzaya səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub.

Bildirilir ki, təyyarə həmin vaxtda təlim uçuşunu həyata keçirirdi. Qırıcının hər iki pilotu - kapitan Şeokxand və leytenant Yadav uğurla katapultasiya ediblər.

Milli.Az