Xədicə İsmayıl Müsavat rəhbərləyini istefaya çağırdı

16 Noyabr 2019 18:43

Jurnalist Xədicə İsmayıl Müsavat partiyasının rəhbərliyini istefaya çağırıb.

Milli.Az bildirir ki, o, sosial şəbəkədə paylaşım edərək, qeyd edib: "Müsavat rəhbərliyində istefa mədəniyyəti də yoxdur üstəlik".

Bu paylaşımdan sonra Müsavat tərəfdarları X.İsmayılı tənqid etdilər. Jurnalisti sosial şəbəkədə hətta təhgir etdilər və onunla bağlı olan porno qalmaqalı yada saldılar.

Müsavatın rəhbər Arif Hacılı isə X.İsmayıla cavab verib ki, "şər və böhtana görə" istefa verməyəcək.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.

İdris
Milli.Az