Sumqayıt zavodunda zəhərlənmə ilə bağlı məsələyə aydınlıq gətirildi

16 Noyabr 2019 14:57

"Üstay" şirkətinin 13 əməkdaşı baş gicəllənməsi və ürək bulanması ilə əlaqədar həkimə müraciət edib.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departmamentinin rəis müavini İbrahim Əhmədov Sumqayıtda zavodda zəhərlənmə ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, əməkdaşlar müayinə üçün "Unikal" klinikasına göndəriliblər:

"Onlardan 10 nəfəri ambulator müalicəyə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib".

O bildirib ki, onların özünü pis hiss etmələrinin səbəbi məlum deyil:

"Müəssisələrdə qaz sızması qeydə alınmayıb. Bitişik ərazidə olan SOCAR əməkdaşları özlərini yaxşı hiss edir, heç bir problem müşahidə olunmur".

Hələlik hadisənin səbəbləri məlum deyil.

Milli.Az